Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-06-2024 , 09:35

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elman Xəlilov: “Bələdiyyələrin daha böyük  irəliləyişə nail olma üçün  maliyyə imkanları artırılmalıdır”

Xəbər verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda layihə həyata keçirir. Layihə çərçivəsində   Qax rayonu İlisu bələdiyyəsinin  üzv və qulluqçularının iştirakıyla  növbəti  görüşü İlisu bələdiyyəsinin inzibati binasında keçirilib. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

İctimai birliyin sədri bələdiyyənin üzv və qulluqçularına layihə barəsində ətraflı məlumat verib. V.Cəfərov layihənin əsas məqsədinin  bələdiyyə idarəçiliyini təkmilləşdirmək, yeni innovatov metodların istifadəsinin səmərəsi, habelə bələdiyyə-vətəndaş və bələdiyyə-icra münasibətlərinin yaxşılaşdırılmasını təmin etməkdən ibarət olduğunu qeyd edib.

Təşkilat sədri QHT-nin ötən ildə həyata keçirdyi layihənin də Qax rayonunda keçirildiyini və rayon bələdiyyələrinin bir çoxunun, xüsusən də Qax və İlisu bələdiyyələrinin təcrübəsi yayıla biləcək bir səviyyəyə çatdığını xüsusilə vurğulayıb. Qeyd edilib ki, bələdiyyə-icra münasibətləri rayonda sivil münasibətlər üzərində qurulub.    

İlisu bələdiyyəsinin sədri Elman Xəlilov Qax rayonunun İlisu bələdiyyəsi özündə üç kəndi birləşdirdiyini bildirib. Hazırda Qaradolaq kəndində  170 nəfər olmaqla 60 təsərrüfat,  Ağçay kəndində 500 nəfər olmaqla 135 təsərrüfat, İlisu kəndində isə 1350 olmaqla 460 təsərrüfatın hər biri bələdiyyədə qeydiyyatda olmaqla vergilərini ödəyirlər. Ötən il bələdiyyənin 60 min manata  yaxın büdcə gəliri olduğunu qeyd edən bələdiyyə sədri görüşdə bildirib ki, ərazidə bələdiyyə tərəfindən bir sıra ciddi işlər həyata keçirilib. Qaradolaq kəndinə su xəttinin çəkilişi, Ağcay kəndindən qəbirstanlığın ətrafına daş hasarın hörülməsi, İkinci Qarabag müharibəsində şəhid olmuş Nicat Mürsəlovun ailə üzvləri üçün evin tikintisi görülən işlər sırasındadır. Bununla yanaşı hər üç kəndin məhəllədaxili  yollarına bələdiyyə xidmət göstərir.. Bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitin cəlb edilməsi üçün ərazidə səyyar ticarət xidmətin təşkili ilə bağlı on iki nəfər fiziki şəxslə müqavilə bağlanılıb. Bununla yanaşı ərazidə olan beş oteldən mehmanxana rüsumu yığlır.

Elman Xəlilov  bələdiyyənin fəaliyyətindən, əldə etdiyi uğurlardan və üzləşdikləri problemlərə də toxunub. Bələdiyyənin əsas problemi əmlakın sənədləşdirilməsindəki yubanmaların, bürokratik yazışmaların artmasıyla bağlıdır Ancaq bələdiyyənin daha böyük  irəliləyişə nail olması üçün bələdiyyənin maliyyə imkanları artırılmalıdır

Görüş də bələdiyyənin üzv və qulluqçuları çıxış edərək səslənən təklif və tövsiyələrlə  bağlı öz münasibətlərini bildiriblər.

Görüşdə layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan  kitabların (foto-albomlar) forma və məzmunu barəsində geniş müzakirələr aparılıb.  Foto albom üçün  sorğu anketinin tez bir zaman kəsiyində doldurulması, habelə həyata keçirilən layihələrin keyfiyyət baxımından bələdiyyəyə gətirdiyi faydalara toxunulub.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda Qax rayonunda formalaşan bələdiyyələrdə  nəzərdə tutulan görüşləri davam edir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi

P.S. Görüşün təşkilində göstərdiyi dəstəyə görə İlisu bələdiyyəsinin sədri Elman Xəlilova təşəkkürümüz bildiririk.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər